Bakcell tətbiqi
İndi yüklə!
+
tarifinin aktivləşdirilməsi üçün nömrəni balansından AZN çıxılacaq
Təbriklər
Əməliyyat uğurla başa çatdı
Balans artırılması
Mobil nömrə
Köçürüləcək məbləğ
₼
min.1 ₼ - maks. 250 ₼
1 ₼5 ₼10 ₼
Təbriklər
Əməliyyat uğurla başa çatdı
CINKredit xidməti ilə daha çox ünsiyyətdə ol!
Ödəniş və istifadə tarixçəsindən asılı olaraq, 20 AZN-dək CINKredit əldə et.
Kreditlə balansı artırmaq üçün:
- Nömrə aktiv olmalıdır.
- Balansı son 30 gündə ən az bir dəfə artırmaq lazımdır.
- Mövcud kredit məbləği balansın artırılması tarixçəsi əsasında müəyyən edilir.
Ətraflı:
Kreditin ödənişi
- Kreditlərin məbləği ilk pul köçürməsi və ya yükləməsi zamanı balansdan silinəcək (birinci kreditin borcu, ikinci kredit vasitəsilə ödənilə bilməz).
- Kreditin və ya ardıcıllıqla götürülən kreditlərin tam qaytarılması üçün balansda kifayət qədər vəsait yoxdursa, kreditin qalan hissəsi növbəti balans artırılması və ya köçürülməsi zamanı silinəcək.
- Birinci kredit ödənmədiyi halda da bir neçə kredit əldə etmək mümkündür.
- 20 gün müddət ərzində kredit borcu ödənilməsə, nömrə avtomatik olaraq xüsusi siyahıya əlavə ediləcək. Xüsusi siyahıya daxil olmuş nömrə ikinci krediti ala bilmir. Kredit borcu ödəniləndən sonra abunəçi kredit ala biləcək.
Xidmət haqqı
- CINKredit xidmətinin qiyməti - 0.30₼
- *150# vasitəsilə sorğunun sifariş haqqı - 0.12₼
- *150*1# vasitəsilə borc statusunun yoxlanılması - 0.12₼
- Bütün qiymətlərə ƏDV daxildir.
- Maksimum kredit 11 AZN-dək məbləğlə əldə edilə bilər.
Təcili kredit
CINKredit götürə bilmirsənsə, “Təcili kredit” ilə ünsiyyəti davam etdir! Sadəcə *150*01# yığ və 1 AZN-lik “Təcili kredit” əldə et. Xidmətdən maksimum CINKredit limitinə çatan abunəçilər yararlana bilər. “Təcili kredit” xidməti ilə 3 AZN-dək kredit əldə etmək mümkündür.
"Təcili kredit" xidmətinin qiyməti - 0.40 ₼
*150*01# vasitəsilə sorğunun sifariş haqqı - 0.12 ₼
*150*1# vasitəsilə borc statusunun yoxlanılması - 0.12 ₼
Ətraflı
- “Təcili kredit” əldə etmək üçün nömrə aktiv rejimdə olmalıdır;
- “Təcili kredit” əvvəlki kredit borclarını ödəmir və nömrənin aktivlik statusunu uzatmır. Nömrə qeyri-aktiv olduqda, alınan kreditdən yalnız nömrə aktivləşdirdikdən sonra istifadə edilə bilər;
- Kreditərin məbləği ilk pul köçürməsi və ya yüklənməsi zamanı balansdan silinəcək;
- 20 gün müddət ərzində kredit borcu ödənilməsə, nömrə avtomatik olaraq xüsusi siyahıya əlavə ediləcək. Xüsusi siyahıya daxil olmuş nömrə heç bir krediti əldə edə bilmir. Kredit borcu ödəniləndən sonra abunəçi kredit ala biləcək.
