Bakcell tətbiqi
İndi yüklə!
+
undefined tarifinin aktivləşdirilməsi üçün nömrəni balansından undefined AZN çıxılacaq
Təbriklər
Əməliyyat uğurla başa çatdı
Balans artırılması
Köçürüləcək məbləğ
₼
Təbriklər
Əməliyyat uğurla başa çatdı
Asan İmza
Sizin də "Asan İmza"nız olsun, işiniz asanlaşsın!
Artıq Azərbaycanda dövlət və özəl qurumlar tərəfindən təqdim olunan 2500-dən çox elektron xidmət Asan İmza ilə həyata keçirilə bilir. Asan İmza vasitəsilə elektron vergi bəyannaməsinin təqdim edilməsi, malların və nəqliyyat vasitələrinin gömrük bəyannaməsinin elektron qaydada doldurulması, internet və mobil bankçılıq, ipoteka və güzəştli mənzil üçün müraciət ərizəsinin göndərilməsi, nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamənin elektron qaydada verilməsi, iş yerindən arayış və digər önəmli onlayn xidmətlərdən istifadə etmək mümkündür.
Bakcell bütün abunəçilərinə müasir elektron xidmət təqdim edir. Abunəçilər e-xidmətlərə daxil olarkən, rəqəmsal imza atarkən və ya şəxsiyyətini təsdiqləyərkən həm fiziki SIM, həm də eSIM vasitəsilə “Asan İmza” xidmətindən yararlana bilərlər.
“Asan İmza” xidmətini mövcud SIM kartınızda (nömrədə), yeni eSIM/SIM kartda aktivləşdirmək mümkündür.
Fiziki SIM ilə aktivləşdirmək üçün:
- Şəxsiyyət vəsiqənizlə birlikdə Bakcell Müştəri Xidmətləri Mərkəzinə gəlin və "Asan İmza" xidmətini aktivləşdirərək "Asan İmza" SIM kartınızı əldə edin;
- Sonra SIM kartda rəqəmsal sertifikatlarınızı aktivləşdirmək üçün Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət edin.
“Asan İmza” xidmətini eSIM vasitəsilə aktivləşdirmək üçün Bakcell Müştəri Xidmətləri Mərkəzlərinə gələrək müraciət edin və “Asan İmza” eSIM QR kod vasitəsilə xidməti aktivləşdirin.
eSIM aktivləşdirildikdən sonra Asan Sertifikat Xidmətləri Mərkəzində sertifikatların aktivləşdirilməsi mütləqdir. Aktivləşdirmə qaydası ilə tanış olmaq üçün linkə daxil olun: https://asanimza.az/how-to-get/service-centers/
“Asan İmza” xidmətinin aktivləşməsi üçün Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzində (ASXM) müvafiq sertifikat əldə olunmalıdır. Daha sonra eSIM-in “Asan İmza” xidmətində istifadə edilə bilməsi üçün ilk autentifikasiya və ya imzalama zamanı abunəçi özü müvafiq PIN 1 və ya PIN 2 kodlarını təyin edir.
eSIM əsaslı “Asan İmza” əldə edildikdə PIN1, PIN2 kodları təqdim olunmur. PIN1 və PIN2 kodlarının təyin edilməsi abunəçi tərəfindən mobil telefon vasitəsi ilə onlayn şəkildə həyata keçirilir.
Autentifikasiya üçün:
- Yeni 4 rəqəmli PIN1 kodunu daxil edin;
- PIN1 kodunu təsdiqləyin.
İlk imzalamanı həyata keçirərkən yeni PIN2 təyin edilməlidir. Bunun üçün:
- Yeni 5 rəqəmli PIN2 kodunu daxil edin;
- PIN2 kodunu təsdiqləyin.
PIN1 və ya PIN2 blok olduqda problemin həlli üçün “1847” Asan İmza Çağrı Mərkəzinə zəng edin.


