Bakcell tətbiqi

İndi yüklə!

Loading...
Loading...

Rəqəmsal dünyaya güvənli addım at!

Security+ xidməti ilə mobil cihazını kiberhücumlardan qoru! Security+ xidmətini aktivləşdirərək, əlavə tətbiq yükləmədən cihazını kiberhücumlardan, fişinqlərdən, təhlükələrdən qoruya bilərsən. Xidmətin abunə haqqını Bakcell balansınla rahatlıqla ödəyə bilərsən. 

Ətraflı

Aktivləşdirmək üçünAktivləşdirmək üçün
Deaktiv etmək üçünDeaktiv etmək üçün

Həmçinin, aktivləşdirmək üçün 7575 nömrəsinə 1 yazıb göndərə, deaktiv etmək üçün isə 7575 nömrəsinə 3 yazıb göndərə bilərsən. Fərdi abunəçilər üçün abunə haqqı: 2 AZN. 

Korporativ abunəçilər üçün abunə haqqı: 0.5 AZN. 

Xidmətin istifadə müddəti 30 gündür və avtomatik yenilənir.


Üstünlüklər:

  • Şəxsi məlumatların və onlayn kimliyin qorunması,
  • Əlavə texniki biliksiz tam rəqəmsal təhlükəsizlik,
  • Gündəlik nəticələri izləmə imkanı,
  • Veb məzmun və tətbiqlərə nəzarət,
  • Vebsaytların filtrlənməsi (istəyə əsasən bloklanması),
  • Zərərli veb-saytların və fişinq cəhdlərinin bloklanması,
  • Təhlükələr haqqında məlumatın SMS-lə alınması.


Security+ xidmətində hesabını tənzimləmək üçün: 

securityplus.bakcell.com

Qeyd:

- securityplus.bakcell.com linkinə yalnız mobil cihazla daxil olmaq mümkündür. 

- Korporativ abunəçilər yalnız kuratoru ilə əlaqə saxlayaraq xidməti deaktiv edə bilər.