Bakcell tətbiqi
İndi yüklə!
+
tarifinin aktivləşdirilməsi üçün nömrəni balansından AZN çıxılacaq
Təbriklər
Əməliyyat uğurla başa çatdı
Balans artırılması
Köçürüləcək məbləğ
₼
Təbriklər
Əməliyyat uğurla başa çatdı
Sürətli şəbəkəyə qoşul və üstünlüklərdən yararlan!
Naxtel abunəçiləri Bakcell-ə keçid etdikdə GO tariflərinə qoşula bilərlər. Üstəlik, yalnız Naxtel abunəçilərinə özəl xüsusi kampaniya mövcuddur.
Naxtel abunəçilərinə özəl aşağıdakı tariflər təklif olunur:
- GO 7.99
İlk abunə haqqı və 1 yenilənmə pulsuz.
Tarifin növbəti 22 yenilənməsi 20% endirimlə.
- GO 11.99
İlk abunə haqqı pulsuz.
Tarifin növbəti 11 yenilənməsi 20% endirimlə.
- GO 17.99
İlk abunə haqqı pulsuz.
Tarifin növbəti 11 yenilənməsi 20% endirimlə.
- GO 29.99
İlk abunə haqqı pulsuz.
Tarifin növbəti 11 yenilənməsi 20% endirimlə.
Kampaniyadan ümumilikdə 12 ay ərzində yararlanmaq olar.
Bakcell-ə daşınan nömrələri yalnız GO tariflərində aktivləşdirmək mümkündür. Abunəçi istəyinə əsasən nömrə daşındığı anda Bakcell-in digər tariflərinə də keçid edə bilər. Endirimli tarifə qoşulduqdan sonra digər tarifə keçid etdikdə kampaniyadan yararlanmaq mümkün olmayacaq.
Nömrəni Bakcell-ə daşımaq üçün hara müraciət etmək lazımdır?
Aşağıdakı ünvanlara 15 dekabr 2025 tarixinədək yaxınlaşaraq Bakcell şəbəkəsinə keçid etmək mümkündür:
|
Naxçıvan |
Heydər
Əliyev Prospekti (Naxtel Müştəri xidmətlərin yaxınlığında) |
Bakcell |
|
Naxçıvan |
Heydər
Əliyev Prospekti (Cofemania restoranı yaxınlığında) |
Ideal
Telecom |
|
Naxçıvan |
Heydər
Əliyev Prospekti (ABB bank filialının yaxınlığında) |
Bakcell
Telefon Alışı |
|
Naxçıvan |
Heydər
Əliyev Prospekti (Türkiyə səfirliyi yaxınlığında) |
Techno
Way |
|
Naxçıvan |
Heydər
Əliyev Prospekti 37/1 |
Bakcell
Mix |
|
Naxçıvan |
Nizami
küç., 14 (Park AVM-nin qarşısında) |
Bakcell |
Naxçıvan
(Sədərək) |
Sədərək
kəndi, Bazar daxilində |
Bakcell |
|
Naxçıvan
(Şərur) |
Şərur,
Kapitan Seyidov küçəsi (Mərkəzi Bazarın qarşısında) |
Bakcell |
|
Naxçıvan
(Qıvraq kəndi) |
Qıvraq
kəndi (Ticarət mərkəzin 1-ci mərtəbəsi) |
Bakcell |
|
Naxçıvan
(Şahbuz) |
Şahbuz
(Mərkəzi Bazarın daxilində) |
Bakcell |
|
Naxçıvan
(Culfa) |
Culfa
(Rabitə Evinin yaxınlığında) |
Bakcell |
|
Naxçıvan
(Ordubad) |
Mərkəzi
Bazar (Ordubad telecoma yaxın) |
Fuad
Telecom |
|
Naxçıvan |
Naxçıvan,
Təbriz küç., 1 (Təbriz hotelinin yaxınlığında) |
Bakcell
Müştəri Xidmətləri |
|
Gəncə |
Cavadxan
küç., 28 B. (Qaz idarəsinin yaxınlığında) |
Bakcell
Müştəri Xidmətləri |
|
Bakı |
Səbail
r. Üzeyir Hacıbəyli küç., 48. Sahil bağı ilə üzbəüz. |
Bakcell
Müştəri Xidmətləri |
Nömrəni daşımaq üçün yalnız həftəiçi saat 09:00-18:00 aralığında yaxınlaşmaq mümkündür.
Naxtell Satış Ünvanları
Naxtel abunəçiləri hansı tariflərə keçid edə bilərlər?
Naxtel abunəçiləri ilk öncə Bakcell-in GO
tariflərinə keçid edə bilərlər. Abunəçinin istəyinə əsasən Bakcell-in digər
tariflərinə keçid etmək mümkündür.
Naxtel abunəçisinin balansı daşınma zamanı qalacaqmı?
Nömrə daşındığı halda nömrənin qalıq balansı (internet, dəqiqə, SMS də daxil) yeni nömrəyə köçürülmür.
Naxtel abunəçisi Bakcell-ə keçid etdikdən sonra balansını necə artıra bilər?
Bakcell mobil tətbiqində nömrənin balansını sürətlə artırmaq mümkündür. Həmçinin, ölkənin mobil bank tətbiqləri, terminallar və vahid ödəmə kartları ilə balansı artırmaq olar. Ödəniş terminallarında balansı artırmaq üçün öncə Bakcell, daha sonra 060 prefiksi seçilməlidir.
Daşınma üçün Naxtel nömrəsi aktiv qalmalıdırmı?
Daşınma zamanı Naxtel nömrəsi aktiv olmalıdır. Əgər nömrə birtərəfli və ya ikitərəfli bağlanıbsa, bu halda Naxtel ofisinə müraciət etmək lazımdır.
Əgər nömrə abunəçinin adına deyilsə nə etmək lazımdır?
Bu halda abunəçi Naxtel müştəri mərkəzlərinə yaxınlaşıb nömrəni öz adına keçirməlidir.
Daşınma hansı tarixlər ərzində mümkündür?
Daşınma 15.10.2025 – 15.12.2025 tarixləri arasında mümkündür.
15.12.2025 tarixinədək nömrə Bakcell-ə daşınmadığı halda nə baş verəcək?
Qeyd edilən tarixədək keçid etməyən abunəçilərin nömrələri ləğv olunacaq və həmin nömrələr üzrə mövcud müqaviləyə xitam veriləcək.
Naxtel nömrəsi qeydiyyatı olmayan cihazda istifadə olunarsa nə baş verəcək?
Bakcell-ə keçid etmək üçün cihaz IMEI vasitəsilə qeydiyyata alınmalıdır.
Bakcell-ə keçid etdikdən sonra başqa operatora necə keçmək olar?
Naxtel nömrəsi Bakcell-ə keçid edərkən proses anında həyata keçiriləcək və nömrə uğurla daşınacaq. Yenidən başqa operatora keçid etmək üçün isə 90 gün gözləmə müddəti mövcuddur.
