Bakcell tətbiqi

İndi yüklə!

Loading...
Loading...

Rouminq

Qiymətlər və ölkələr

Qiymətlər və ölkələr
Qiymətlər və ölkələr

Səfəriniz hansı ölkəyədir?

Rouminq qiymətlərini öncədən öyrənin!

Ölkələr

    Rouminqdə olarkən

    Balans haqqında

    • Rouminqdə olarkən istənilən vaxt balansınızı öyrənə bilərsiniz. Bunun üçün Bakcell mobil tətbiqindən istifadə edin yaxud sadəcə *100# yığın.

    Rouminqdə olarkən balansınızı artırmaq üçün aşağıdakı üsullardan istifadə edə bilərsiniz:

    • Balansınızı artırmaq üçün telefonunuzda *101# ödəniş kartının 15 rəqəmli kodu # yığın.
    • Dostunuz sizin balansınızı artırmaq üçün *101# ödəniş kartının 15 rəqəmli kodu # abunəçinin nömrəsi # yığa bilər.

    Balansınızı onlayn vasitəsi ilə artıra bilərsiniz.

    • Xarici ölkəyə səfər etməkdən əvvəl lütfən rouminq xidməti üçün balansınızda kifayət qədər vəsaitin olmasını dəqiqləşdirin.

    Necə zəng etmək olar

    Rouminqdə olarkən öz nömrənizdən zəng etmək üçün beynəlxalq yığım standartına riayət etməlisiniz:

    + [ölkə kodu] [şəhər kodu] [telefonun nömrəsi].

    Nümunə: Bakıya zəng etmək üçün 055 ХХХ ХХ ХХ əvəzinə +994 55 ХХХ ХХ ХХ qaydası ilə yığın.


    BAKCELL MƏLUMAT MƏRKƏZİNƏ ZƏNG

    Xarici ölkədə olarkən Bakcell Məlumat Mərkəzinə zəng etmək üçün nömrəni beynəlxalq formatda nümunəyə uyğun halda yığın +994 12 4988989.

    Rouminqdə internet

    Evdən uzaqda olarkən belə mobil İnternetdən istifadə edin

    • İndi CIN və Klass abunəçiləri rouminqdə olarkən belə mobil İnternetdən istifadə edə biləcəklər. GPRS/EDGE/3G rouminq xidməti vasitəsilə Siz elektron poçtunuzu yoxlaya, fayllar yükləyə, Sizi maraqlandıran wap və web səhifələrinə baxa, yəni “ev şəbəkənizdə” istifadə etdiyiniz bütün İnternet xidmətlərindən faydalana bilərsiniz.


    Rouminqdə İnternetin aktivləşdirilməsi

    • Azərbaycanda GPRS rouminq aktivləşdirmək üçün sadəcə ölkəni tərk etməzdən öncə mobil telefonunuzda interneti və rouminqi aktivləşdirmək lazımdır. İnterneti aktivləşdirmək üçün telefonun menyusunda “Network Settings” (Şəbəkə ayarları) bölümünə daxil olub APN-ə internet.bakcell.com sözünü yazın.
    • Bundan əlavə siz xaricdə olarkən belə GPRS rouminq xidmətinizi aktivləşdirə bilərsiniz, amma bunun üçün ölkəni tərk etməzdən əvvəl Sizin zənglər və SMS üçün rouminq xidmətiniz aktivləşdirilməlidir.
    • Sizin tarifiniz üçün internetin və rouminqin aktivləşdirilməsi barədə ətraflı məlumatı internet saytımızın müvafiq səhifələrindən oxuya bilərsiniz.
    • Lütfən, unutmayın ki, mobil internetdən yalnız “Qiymətlər və ölkələr” bölməsində göstərilən ölkələrdə/operatorlarda istifadə edə bilərsiniz.

    Qeyd

    09.12.25 tarixindən bütün ölkələrdə rouminqdən paketsiz istifadənin qiymətlərində dəyişiklik edilib. Dəyişiklik hər ölkə üzrə növbəli şəkildə vebsaytda əks olunacaq.

    Ətraflı məlumat üçün: 555.