Paket yüksəksürətli mobil internetdən 30 gün ərzində istifadə üçün nəzərdə tutulub.
Paketin meqabaytları və ya müddəti bitsə də, internet kəsilməyəcək və siz tarifinizə uyğun xidmət haqqı ilə internetdən istifadə edəcəksiniz.
Paketin istifadə müddəti bitəndən sonra, balansda kifayət qədər vəsait olarsa, avtomatik olaraq yenilənəcək.
Paketin avtomatik yenilənməsini dayandırmaq üçün paketi deaktivasiya etməlisiniz.
Aktiv internet paketini deaktivasiya etsəniz və ya digər paket aktivləşdirsəniz, qalıq trafiki paketin istifadə müddəti bitənə kimi istifadə edə bilərsiniz.
Aylıq xidmət haqqının ödənilməsi üçün balansınızda kifayət qədər vəsait olmadıqda internet paketiniz silinməyəcək və balansınızı yenidən artıranda aylıq xidmət haqqı tutulacaq.
Əgər paketin istifadə müddəti bitərsə, paketdə qalmış meqabaytlar silinəcək.
Klass tarifində əlavə internet paketi əldə etdiyiniz zaman, əvvəlcə tarifin təqdim etdiyi bonuslardan istifadə olunacaq.