Bakcell tətbiqi

İndi yüklə!

Loading...
Loading...

Balans artımı

Bakcell nömrənin balansını artırmaq yolları:
• Onlayn ödəniş 
• Vahid ödəmə kartları
• Ödəniş terminalları
Bakcell mobil tətbiqi, ölkənin bank mobil tətbiqləri və digər ödəniş portalları vasitəsilə balansını onlayn artıra bilərsən. Bakcell tətbiqində və ya hesab.az saytında nömrənin balansını avtomatik də artıra bilərsən. 
Vahid ödəmə kartlarını Bakcell dilerlərdən, köşklərdən və ya mağazalardan əldə edə bilərsən. Kartın üzərindəki kodu yazaraq balansını artıra bilərsən. Bunun üçün *101#, sonra 15 rəqəmli şifrəni daxil et və #YES düyməsini yığ. Digər Bakcell abunəçisinin balansını artırmaq üçün *101* və 15 rəqəmli şifrəni yığ, sonra # və hesabını artırmaq istədiyin 10 rəqəmli Bakcell nömrəsini daxil et və sonra #yes düyməsini yığ.
Balansı yoxlamaq üçün *100# yığ (0.19 ₼) və ya Bakcell tətbiqi ilə balansına pulsuz nəzarət et. 

Əlavə məlumat:

Fakturasız nömrələr

• Tarifin abunə haqqı ödənmədikdə və ya balansa yüklənən məbləğin son istifadə tarixi bitdikdə nömrə çıxan zənglər üçün birtərəfli bağlanır.
• Birtərəfli bağlanandan sonra 30 gün ərzində balans artırılmadığı təqdirdə nömrə ikitərəfli bağlanır.
• Nömrə ikitərəfli bağlanandan sonra 150 gün müddətində nömrənin balansını artırmaqla nömrəni aktivləşdirmək mümkündür. 150 gün ərzində heç bir ödəniş həyata keçirilməsə, bu müddət bitəndə nömrə ləğv edilir və balansda olan məbləğ silinir. Daha sonra abunəçinin müraciəti əsasında məbləğin bərpa olunması mümkündür. Ləğv olunmuş nömrənin müvafiq xərcləri (bank komissiyaları, nağdlaşdırma xərci və s.) çıxıldıqdan sonra vəsait abunəçinin nömrəsində bərpa olunur.

Fakturalı nömrələr

• İstifadə limiti nömrəyə yüklənmiş vəsaitin və nömrəyə təyin edilmiş limitin cəmidir. İstifadə limiti bitdikdə, nömrə çıxan zənglər üçün birtərəfli bağlanır.
• Cari ayın sonu nömrəyə ödəniş edilmədikdə faktura borcu yaranır. Faktura borcu növbəti 30 gün ərzində ödənmədikdə, nömrə çıxan zənglər üçün birtərəfli bağlanır.
• Birtərəfli bağlanandan sonra 60 gün ərzində balans artırılmadığı təqdirdə nömrə ikitərəfli bağlanır.
• Nömrə ikitərəfli bağlanandan sonra 90 gün müddətində nömrənin balansını artırmaqla nömrəni aktivləşdirmək mümkündür. 90 gün ərzində heç bir ödəniş həyata keçirilməsə, bu müddət bitəndə nömrə ləğv edilir. Ləğv edilmiş nömrədə yaranmış borc saxlanılır və bu borc abunəçi tərfindən ödənilməlidir.