Bakcell tətbiqi
İndi yüklə!
+
undefined tarifinin aktivləşdirilməsi üçün nömrəni balansından undefined AZN çıxılacaq
Təbriklər
Əməliyyat uğurla başa çatdı
Balans artırılması
Mobil nömrə
Köçürüləcək məbləğ
₼
min.1 ₼ - maks. 250 ₼
1 ₼5 ₼10 ₼
Təbriklər
Əməliyyat uğurla başa çatdı
Vahid ödəmə kartı ilə balansın artırılması
Vahid ödəmə kartı ilə balansın artırılması:
- *101#, daha sonra kartın üzərindəki 15 rəqəmli şifrəni daxil et və #yes düyməsini yığ.
- Digər Bakcell abunəçisinin balansını artırmaq üçün *101* və 15 rəqəmli şifrəni yığ, sonra # və hesabını artırmaq istədiyin 10 rəqəmli Bakcell nömrəsini daxil et və sonra #yes düyməsini yığ.
Yüklənən məbləğin istifadə müddəti bitəndən sonra (ödəmə kartının etibarlılıq müddəti məbləğə görə dəyişir), nömrə birtərəfli bağlanır.
Balansını yoxla:
Balansı yoxlamaq üçün *100# yığ (xidmət haqqı: 0.09 ₼) və ya Bakcell tətbiqi ilə balansına pulsuz nəzarət et.
Yüklənən məbləğlərin istifadə müddəti üçün kliklə.
Mobil nömrələrin istifadə müddəti
Əlavə məlumat:
Fakturasız nömrələrdə:
- Tarifin abunə haqqı ödənmədikdə və ya balansa yüklənən məbləğin son istifadə tarixi bitdikdə nömrə çıxan zənglər üçün birtərəfli bağlanır.
- Birtərəfli bağlanandan sonra 30 gün ərzində tarifin abunə haqqı ödənmədikdə və ya balans artırılmadığı təqdirdə nömrə ikitərəfli bağlanır.
- Nömrə ikitərəfli bağlanandan sonra 150 gün müddətində tarifin abunə haqqını ödəyərək və ya nömrənin balansını artıraraq nömrəni aktivləşdirmək mümkündür. 150 gün ərzində heç bir ödəniş həyata keçirilməsə, bu müddət bitəndə nömrə ləğv edilir və balansda olan məbləğ silinir. Daha sonra abunəçinin müraciəti əsasında məbləğin bərpa olunması mümkündür. Ləğv olunmuş nömrənin müvafiq xərcləri (bank komissiyaları, nağdlaşdırma xərci və s.) çıxıldıqdan sonra vəsait abunəçinin nömrəsində bərpa olunur.
Fakturalı nömrələrdə:
- İstifadə limiti nömrəyə yüklənmiş vəsaitin və nömrəyə təyin edilmiş limitin cəmidir. İstifadə limiti bitdikdə, nömrə çıxan zənglər üçün birtərəfli bağlanır.
- Cari ayın sonu nömrəyə ödəniş edilmədikdə faktura borcu yaranır. Faktura borcu növbəti 30 gün ərzində ödənmədikdə, nömrə çıxan zənglər üçün birtərəfli bağlanır.
- Birtərəfli bağlanandan sonra 60 gün ərzində balans artırılmadığı təqdirdə nömrə ikitərəfli bağlanır.
- Nömrə ikitərəfli bağlanandan sonra 90 gün müddətində nömrənin balansını artırmaqla nömrəni aktivləşdirmək mümkündür. 90 gün ərzində heç bir ödəniş həyata keçirilməsə, bu müddət bitəndə nömrə ləğv edilir. Ləğv edilmiş nömrədə yaranmış borc saxlanılır və bu borc abunəçi tərfindən ödənilməlidir.