+
undefined tarifinin aktivləşdirilməsi üçün nömrəni balansından undefined AZN çıxılacaq
Təbriklər
Əməliyyat uğurla başa çatdı

Xəta
Balans artırılması
Mobil nömrə
Köçürüləcək məbləğ
₼
min.1 ₼ - maks. 250 ₼
1 ₼5 ₼10 ₼
Xəta
Əməliyyat uğursuz oldu.
Təbriklər
Əməliyyat uğurla başa çatdı
“İnkişaf və İştirak üçün İdman” layihəsi çərçivəsində məktəblərarası futzal turniri keçirilmişdir
07.05.2011
Bakı, 7 may (AzərTAc). Mayın 7-də “Bakcell Ltd” MMC-in maliyyə dəstəyi və AFFA-nın köməyi ilə “İnkişaf və iştirak üçün idman” layihəsi çərçivəsində Nizami rayonunda yerləşən 1 və 3 nömrəli xüsusi təyinatlı internat məktəblərinin və 3 nömrəli “Günəş” Uşaq Evinin komandaları arasında futzal üzrə turnir keçirilmişdir.
Şirkətdən AzərTAc-a bildirmişlər ki, gərgin və maraqlı keçən turnirin qalibi Nizami rayonu 1 nömrəli internat məktəbinin komandası olmuşdur.
“Sosial Xidmətlər Təşəbbüsü” İctimai Birliyi tərəfindən həyata keçirilən bu layihə “Beynəlxalq İdman Həyəcanı” proqramının ənənələrini davam etdirərək, uşaqları bədən tərbiyəsi və idmanla məşğul olmağa ruhlandırmaq və onların həyatını idmanın gücü vasitəsilə inkişaf etdirmək məqsədini daşıyır.