download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    “Bakcell”in “Mobil telekommunikasiya sahəsində karyera” layihəsi başa çatıb
    10.07.2013
    “Bakcell”in “Mobil telekommunikasiya sahəsində karyera” layihəsi başa çatıb

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin Junior Achivement Azerbaijan (JAA) təşkilatı ilə birlikdə həyata keçirdiyi növbəti “Mobil telekommunikasiya sahəsində karyera” layihəsi başa çatıb. 2012-ci ilin iyul ayında start verilən layihə çərçivəsində Mingəçevir Politexnik İnstitutu, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetindən seçilmiş 45 tələbə ixtisaslaşdırılmış praktiki hazırlıq və stajkeçmə imkanı vasitəsilə işə hazırlıq, biznes etika, menecmentin əsasları və mobil telekommunikasiya biznesi üzrə təlimlərdə iştirak edib. Təlimlərdən sonra layihənin ən uğurlu 15 iştirakçısı Bakcell şirkətinin Gəncə, Mingəçevir və Şəki şəhərlərində yerləşən müştəri xidmətləri mərkəzlərində staj keçərək müştəri xidmətləri şöbəsinin iş prinsiplərini, standart prosedur və qaydalarını öyrəniblər. “Bakcell şirkəti insan resurlarının inkişafına böyük sərmayə qoyur. Mobil telekommunikasiya sahəsi Azərbaycanda nisbətən yeni sahədir və bu sahədə yerli mütəxəssislərin sayının artmasında çox maraqlıyıq. Eyni zamanda gənclərin bu sektora marağının böyük olması və öyrənməyə olan həvəsi də bizim üçün önəmli faktordur”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib. Bakcell və JAA 2009-cu ildən başlayaraq davamlı şəkildə hər il “Mobil telekommunikasiya biznesinə giriş” adlı proqram həyata keçirir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə olaraq mobil telekommunikasiya biznesinə dair təlim vəsaiti hazırlanıb. 4 il ərzində layihədə 150-dən artıq tələbə iştirak edib.   Junior Achievement Azərbaycan təşkilatının icraçı direktoru Rəşad Xanlarov bildirib ki, layihədən əldə olunan biliklər sayəsində tələbələr yetkin qərarlar qəbul etməyə və düşünülmüş karyera seçiminə hazır olurlar: “Bakı şəhərində icra edilən pilot təşəbbüs hazırda olkənin regionlarını da cəlb etməkdədir. İnanıram ki, layihəmiz davamlı olacaq və respublikanın daha geniş ərazisində həyata keçiriləcək”.  *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.  Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.