Loading...
Loading...

Bakcell korporativ və fərdi müştərilər üçün yenilənmiş tarif planlarını təqdim edir

13.03.2026

Bakcell 15 mart 2026-cı il tarixindən etibarən yeni nömrə əldə edən korporativ müştərilərinə özəl tarif planlarını təqdim edəcək. Aylıq 14.99 AZN-dən başlayan tariflər çərçivəsində ölkədaxili danışıq dəqiqələri, müxtəlif həcmdə internet paketləri, SMS və seçilmiş tariflərdə beynəlxalq zəng imkanları təqdim olunacaq.

Yenilənmiş “Business” və “Business Pro” tariflərinə aşağıdakılar daxildir:

“Business 14.99” – 700 ölkədaxili dəqiqə, 4 GB internet, 500 SMS (14.99 AZN);

“Business 20.99” – 1500 ölkədaxili dəqiqə, 8 GB internet və əlavə 1 GB gecə interneti*, 1000 SMS (20.99 AZN);

“Business 25.99” – 2500 ölkədaxili dəqiqə, 12 GB internet və əlavə 2 GB gecə interneti*, 2000 SMS, 10 beynəlxalq dəqiqə (25.99 AZN);

“Business Pro 35.99” – 4000 ölkədaxili dəqiqə, 20 GB internet və əlavə 3 GB gecə interneti*, 2000 SMS, 20 beynəlxalq dəqiqə (35.99 AZN);

“Business Pro 55.99” – 7000 ölkədaxili dəqiqə, 60 GB internet, 3000 SMS, 30 beynəlxalq dəqiqə (55.99 AZN). 

* Göstərilən əlavə internet həcmi gecə saatlarında (00:00–08:00) istifadə üçün nəzərdə tutulub.

30 mart 2026-cı il tarixindən etibarən,  fərdi abunəçilərin rəqəmsal xidmətlərə artan ehtiyaclarının qarşılanması, müştəri məmnuniyyətinin daha da artırılması məqsədilə bəzi tariflərdə təqdim olunan bonusların həcmi artırılacaq və tarifin şərtlərində dəyişikliklər ediləcəkdir. “Star”, “DaimOnline”“Klass” tarifləri barədə yenilənmiş məlumat üçün müvafiq linklərə keçid edin.

Həmçinin “GO” tarifləri istisna olmaqla, bütün tariflərdə danışıq dəqiqəsi olmadığı halda,  ölkədaxili zənglərin bir dəqiqəsinin qiyməti 0.20 AZN təşkil edəcək.

Eyni zamanda, “Sənə zəng etmişdim, Zəng çatmır + Mən qayıtdım” və “Balans bildirişi”  xidmətlərində aylıq abunə haqqı 0.99 AZN, “Balans yoxlanışı” üçün xidmət haqqı 0.19 AZN təşkil edəcək.