+
undefined tarifinin aktivləşdirilməsi üçün nömrəni balansından undefined AZN çıxılacaq
Təbriklər
Əməliyyat uğurla başa çatdı

Xəta
Balans artırılması
Mobil nömrə
Köçürüləcək məbləğ
₼
min.1 ₼ - maks. 250 ₼
1 ₼5 ₼10 ₼
Xəta
Əməliyyat uğursuz oldu.
Təbriklər
Əməliyyat uğurla başa çatdı
Bakcell məşhur xarici qrupun konsertinin sponsoru olacaq
08.04.2010
Məşhur Danimarka qrupu “Safri Duo” ilk dəfə Azərbaycana səyahət edəcək. Qrupun konserti 17 aprel tarixində Rotunda Hall-da (Landmark) baş sponsor Bakcell mobil rabitə operatorunun dəstəyi ilə baş tutacaq.
İki nəfərdən, Morten Friis və Uffe Saveri, ibarət qrup Karnegi Hall, Sidney Opera Xaus və Royal Albert Hall-da çıxış edib. Safri Duo 9 albom buraxıb və onlardan sonuncusu 2008-ci ildə işıq üzü görüb. Bakı tamaşaçılarına duet ən çox “Samb Adagio” mahnısına görə tanışdır.
Xatırladaq ki, konsert 17 aprel tarixində saat 23:00-da Rotunda Hall, Landmrakda baş tutacaq. Şounun baş sponsoru Bakcell şirkətidir. Digər sponsorlar – “Honda”, “Subaru”, “Pasha Travel”. İnformasiya dəstəyi – Weekend.az. Bilet sifarişi Topshop.az saytında.
Bakcell müxtəlif dünya mədəniyyətləri arasında dialoqun mümkün dərəcədə inkişaf etdirilməsini dəstəkləməyə çalışır. Belə ki, keçən il şirkət Azərbaycan və onun regionları haqqında “Azərbaycana daha yaxın olaq” adlı kitabın nəşr olunmasını maliyyələşdirmişdir. Kitab Azərbaycan və İngilis dillərində nəşr edilmişdir.
Eyni zamanda, Bakcell azərbaycanlıları müxtəlif mədəniyyət istiqamətləri ilə tanış edən layihələri də dəstəkləyir. Xüsusilə, Bakcell tanınmış Türk rəqs kollektivlərindən biri Anadolu Atəşinin çıxışını və Rus estradasının ulduzu Valeriy Meladzenin konsertini maliyyələşdirmişdir.