Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti böyük məmnuniyyətlə QoşaCİN abunəçilərinə fevral ayında xüsusi bonus kampaniyası təqdim edir. Bu ay ərzində QoşaCİN tarif paketini alan bütün Bakcell abunəçiləri 30 şəbəkədaxili bonus dəqiqəsi əldə edəcəklər. Bundan əlavə, 14 fevral 2011 tarixindən 21 fevral 2011 tarixinə qədər bütün QoşaCIN abunəçiləri iki nömrə arasında pulsuz SMS-lərdən yararlana bilərlər.
Qeyd edək ki, hal hazırda bütün QoşaCIN abunəçiləri hər ay 120 bonus konturlardan faydalanır. Fevral ayı ərzində QoşaCIN nömrəsini alan yeni abunəçilərə əlavə olaraq 30 bonus dəqiqəsi də hədiyyə ediləcək.
QoşaCİN abunəçiləri üçün bonus kampaniyası və Bakcell-in digər xidmət və məhsulları barədə daha ətraflı məlumat əldə etmək üçün xahiş edirik, 555 nömrəsinə zəng edin.
Qeyri-Bakcell abunəçiləri şirkət və onun xidmətləri barədə məlumat almaq üçün 055 000 05 55 nömrəsinə zəng edə bilərlər.