+
undefined tarifinin aktivləşdirilməsi üçün nömrəni balansından undefined AZN çıxılacaq
Təbriklər
Əməliyyat uğurla başa çatdı

Xəta
Balans artırılması
Mobil nömrə
Köçürüləcək məbləğ
₼
min.1 ₼ - maks. 250 ₼
1 ₼5 ₼10 ₼
Xəta
Əməliyyat uğursuz oldu.
Təbriklər
Əməliyyat uğurla başa çatdı
Bakcell “Cin Kredit” xidmətində yenilik etdi
11.10.2010
Azərbaycanın ilk mobil operatoru olan Bakcell yeni “Cin Kredit” xidmətini təqdim edir. Belə ki, indi Cin abunəçiləri sıfır balansla əvvəlki krediti qaytarmadan iki dəfə ardıcıl olaraq 300 kontur kreditə götürə bilərlər, lakin üçüncü CinKreditin alınması üçün əvvəlki CinKreditlərdən heç olmazsa biri ödənilməlidir. Kreditə kontur götürmək üçün mobil telefondan *150#YES yığmaq lazımdır. Bu xidmətdən əvvəlcədən ödəmə tarif planından istifadə edən və son 3 ay ərzində balansına ən azı toplam 5000 kontur (Bonus konturları da daxil olmaqla) yükləmiş aktiv Cin abunəçiləri istifadə edə bilər. Kreditdən istifadə haqqı 60 konturdur.
CinKredit xidmətində bu yeniliyi tətbiq etməklə, Bakcell balansında kifayət qədər konturu olmadığı halda təcili danışığa ehtiyacı olan abunəçilərin telefon danışıqlarını davam etdirməsinə şərait yaradır.
Bakcell-in “Cin Kredit” və digər xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün xahiş edirik 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.