Bakcell
    Bakcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell-in lotereyasında 6-cı lüks avtomobil uduldu!
    14.11.2025

    Bakcell-in lotereyasında 6-cı lüks avtomobil uduldu!

    İnnovasiya lideri Bakcell-in meqa lotereyasında həyəcan yüksəlməyə davam edir! Bu həftə keçirilən tiraj nəticəsində süni intellekt tərəfindən seçilən 6-cı “Zeekr 001” avtomobilinin qalibi Rəbiyət Ağayeva olub. O, bu gün avtomobilinin açarlarını təhvil alıb.

    Növbəti həftələrdə daha 7 “Zeekr 001” avtomobilinin şanslı sahibləri elan olunacaq. Sən də cəmi 1 AZN ilə növbəti lüks avtomobil qalibi ola bilərsən!

    Lotereyada iştirak etmək və uduş şansını artırmaq üçün “Şans” paketlərindən birini əldə et.

    “Şans” paketləri:

    • 1 AZN-lik “Şans” paketi – 3 şans → *3#YES

    • 5 AZN-lik “Şans” paketi – 25 şans →*25#YES

    • 20 AZN-lik “Şans” paketi – 150 şans → *155#YES

    Ümumilikdə, Bakcell-in meqa lotereyasında 6 nəfər “Zeekr 001”, 41 nəfər isə “iPhone 17” qazanıb. Abunəçiləri lüks hədiyyələr gözləyir – hər gün “iPhone 17”, hər həftə “Zeekr 001”, finalda isə “Porsche Cayenne”!

    Daha ətraflı məlumat üçün: lotereya.bakcell.com

    Bakcell haqqında

    Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

    Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.