Azərbaycanın Ilk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, Eurovision 2012 mahnı müsabiqəsinin keçirildiyi “Bakı Kristal Zalı”nı binadaxili mobil rabitə sistemi ilə təchiz etdiyinə və yarış zamanı yüksək keyfiyyətli mobil rabitə xidməti göstərdiyinə görə nüfuzlu “GTB Innovation Award 2012” (“GTB İnnovasiya Mükafatı 2012”) beynəlxalq mükafatına layiq görülüb.
“Global Telecoms Business” özünün altıncı illik mükafatını Londonda telekommunikasiya sənayesinin 360 nəfər nümayəndəsinin iştirakı ilə keçirilən mərasimdə təqdim edib.
“Bakı Kristal Zalı”nın mobil telekommunikasiya infrastrukturu Türkiyənin ən böyük stadionlarından biri olan “TT Arena”-nın təchizatını həyata keçirən “Komtel” və və Bakcell tərəfindən qurulub. Layihədə ABŞ-ın Bravo Tech Inc. şirkətinin unikal sistemindən istifadə olunub.
“Bakının ən məşhur və nəhəng tikililərində, eyni zamanda “Bakı Kristal Zalı”nda quraşdırılmış binadaxili avadalıqlar Azərbaycanda son illərin ən böyük innovasiya layihələrindən biridir. Biz çox məşhur beynəlxalq mükafata layiq görüldüyümüz üçün qürur duyuruq. Bizim şəbəkəmizə yatırdığımız insan resursları və maliyyə sərmayələri bizi ölkənin ən sürətlə inkiçaf edən mobil operatoruna çevirib,” deyə Bakcell şirkətinin Baş icraşı direktoru Riçard Şirer bildirib.
Xüsusi olaraq sözügedən layihə üçün gətirilən 90 stadion antennası Bakcell abunəçilərini yüksək xidməti ilə təmin edib. Ölkədə fəaliyyət göstərən digər mobil operatorların abunəçilərinə də xidmət bu sistem üzərindən göstərilib. Bakcell-in mütəxəssisləri sistemin saz vəziyyətdə olması üçün bütün yarış boyu sistemi nəzarətdə saxlayıblar. Hər üç operatorun istifadəsi üçün quraşdırılan 2G və 3G kanalları 31 000 artıq abunəçiyə rabitə imkanı yaratmışdır.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, sur@ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.