download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    “Bakcell” rouminq qiymətlərini yarıdan çox endirdi
    18.04.2014
    “Bakcell”  rouminq qiymətlərini yarıdan çox  endirdi

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti rouminq qiymətlərində böyük dəyişiklik edib.  Dəyişiklik həm daxil olan, həm gedən zəngləri əhatə edir. Bunun sayəsində bütün abunəçilərimiz bir çox ölkələrdə daxil olan rouminq zəngləri üçün  50%-dən artıq endirim əldə ediblər.  Bu isə o deməkdir ki, ən çox istifadə olunan istiqamətlərdə (ölkələrdə) daxil olan zənglərin bir dəqiqəsinin qiyməti 65 qəpikdən 32 qəpiyə düşüb. Bütün CIN, KLASS və Gold  tariflərinin fərdi abunəçilərində rouminq xidməti avtomatik şəkildə aktivləşir və hər hansı məbləğin depozitə yerləşdirilməsi şərti yoxdur. Gold korporativ tarifli abunəçilər isə rouminq xidmətinin aktivləşdirilməsi üçün kuratorlarına müraciət edə bilərlər.   Qeyd edək ki, Bakcell şirkətinin 166-dan çox ölkənin 370-dən çox mobil operatorları  ilə rouminq müqaviləsi var və onların sayı daim artmaqdadır. Azərbaycandan kənarda olan həmyerlilərimizin istənilən Bakcell nömrəsinin balansını daha rahat artıra bilmələri  üçün isə Rusiya, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərində beynəlxalq balansartırma xidməti mövcuddur.  Bu ölkələrdə fəaliyyət göstərən xidmət nöqtələrində abunəçilər səfərdə olarkən balansartırma xidmətindən yararlana bilərlər. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.