Bakcell tətbiqi
İndi yüklə!
+
tarifinin aktivləşdirilməsi üçün nömrəni balansından AZN çıxılacaq
Təbriklər
Əməliyyat uğurla başa çatdı
Balans artırılması
Köçürüləcək məbləğ
₼
Təbriklər
Əməliyyat uğurla başa çatdı
Üstünlüklər
Daha sürətli zəng bağlantısı
4G keyfiyyətli zəng və internet eyni anda
Yüksək texnologiya eyni qiymətə
Bunun üçün nə lazımdır?
VoLTE dəstəkləyən cihaz
4G SIM kart
4G əhatə dairəsi
Xidməti aktivləşdirmək
VoLTE-ni dəstəkləyən cihazları yoxlayın
Cihazın modelini daxil edin
Sual-cavab
VoLTE nədir?
VoLTE ən müasir
səs texnologiyasıdır. Bu texnologiya sayəsində zəng zamanı internetdə kəsinti
olmayacaq. Səsləri maksimum aydın eşidə və dərhal bağlantı qura biləcəksiniz.
VoLTE harada tutur?
VoLTE şəbəkəsi
Bakcell 4G (LTE) əhatə dairəsinin hər yerində mövcuddur.
Hansı mobil cihazlar VoLTE şəbəkəsini dəstəkləyir?
VoLTE şəbəkəsini
dəstəkləyən mobil cihazların siyahısını saytda yoxlaya bilərsiniz.
VoLTE zənglərinin qiyməti neçəyədir?
VoLTE xidməti
üçün əlavə ödəniş yoxdur. Daxil olan və çıxan zənglər cari tarif planınızın şərtlərinə
uyğun olaraq hesablanır.
VoLTE şəbəkəsində SMS göndərmək/qəbul etmək mümkündür?
Bəli, SMS göndərilməsi
və qəbulu həmişəki qaydada həyata keçirilir.
VoLTE şəbəkəsi itərsə, nə baş verir?
VoLTE-dən 3G/2G-ə
keçid zamanı söhbət fasiləsiz davam edəcək, sadəcə səs keyfiyyəti 3G/2G şəbəkəsi
səviyyəsində olacaq.
VoLTE və 3G/2G zəngləri arasında keyfiyyətdə fərq var?
VoLTE istifadə
edərkən səs keyfiyyəti 3G/2G şəbəkələrində olandan qat-qat yüksəkdir. VoLTE
abunəçisi zəng edəndə əlaqə 1,5-2 saniyə ərzində baş tutur.
VoLTE internetdən istifadə edirmi?
Xeyr. VoLTE şəbəkəsində
zəng olan zaman, internet sərf edilmir və heç bir trafik çıxılmır. Sadəcə VoLTE
sayəsində zəng zamanı internetdə kəsinti olmayacaq.
VoLTE rouminqdə işləyir?
VoLTE şəbəkəsi
Azərbaycanda işləyir və rouminq zənglərini əhatə etmir.
Mənim SİM kartım VoLTE texnologiyasını dəstəkləyir?
SİM kart LTE şəbəkəsini
dəstəkləyirsə, VoLTE səs texnologiyasından faydalana bilərsiniz. Yoxlamaq üçün
*303# yığın.
Zəngin VoLTE vasitəsilə olduğunu necə bilmək olar?
Mobil
cihazınızın modelindən asılı olaraq, zəng zamanı siz ekranın yuxarı sağ küncündə
VoLTE işarəsini görəcəksiniz. Bu o deməkdir ki, zəng VoLTE şəbəkəsində edilir.
VoLTE ancaq Bakı şəhərini əhatə edir?
Xidmət bütün ölkə
üzrə təqdim olunur. 4G şəbəkəsinin dəstəklədiyi hər yerdə VoLTE-dən faydalanmaq
mümkündür.
VoLTE “Qonaq ol” xidmətini dəstəkləyir?
VoLTE
texnologiyası müvəqqəti olaraq “Qonaq ol” xidmətini dəstəkləmir.
VoLTE videozəngdə keyfiyyətli görüntü təqdim edir?
VoLTE səs
keyfiyyətini əsas götürən xidmət şəbəkəsidir. Zənglər zamanı səslər yüksək
keyfiyyətdə eşidilir.
VoLTE xidmətinin deaktivasiyası.
VoLTE xidmətini deaktivasiya etmək üçün lütfən *303#1# yığın və mobil cihazınızın menyusunda VoLTE şəbəkəsini söndürün.

