Bakcell tətbiqi
İndi yüklə!
+
undefined tarifinin aktivləşdirilməsi üçün nömrəni balansından undefined AZN çıxılacaq
Təbriklər
Əməliyyat uğurla başa çatdı
Balans artırılması
Köçürüləcək məbləğ
₼
Təbriklər
Əməliyyat uğurla başa çatdı
ATM, köşklər və bank filialları vasitəsilə ödəniş
ATM vasitəsilə ödəmə.
Balansını yerli bankların ATM terminalı vasitəsilə artıra bilərsən. Ödəniş VISA və ya MasterCard kartları ilə edilə bilər.
ATM vasitəsilə balansı artırmaq üçün:
- Bank kartını daxil et və kartın PİN nömrəsini yığ
- Bakcell ödənişini seç
- Mobil nömrəni daxil et
- Tarif planını seç: CIN, Klass və ya Business
- Məbləği seç
- Məbləği təsdiq et
- ATM ilə yükləmə əməliyyatı başa çatan zaman balans artırılacaqdır.
Köşklər vasitəsilə ödəmə
Balansın artırılması bankda və ya bir çox digər məntəqələrdə quraşdırılan bank köşkləri vasitəsi ilə aparıla bilər. Bu zaman ATM ilə ödəniş üçün tələb olunan prosedura əməl et.
Nağd şəkildə bank filialında ödəmə
Balansını yerli bankın istənilən filialında nağd olaraq artıra bilərsən. Bunu üçün banka yaxınlaş və ödənişi bankda et.
Balansını yoxla:
Balansı yoxlamaq üçün *100# yığ (xidmət haqqı: 0.09 ₼) və ya Bakcell tətbiqi ilə balansına pulsuz nəzarət et.
Yüklənən məbləğlərin istifadə müddəti üçün kliklə.
Mobil nömrələrin istifadə müddəti
Əlavə məlumat:
Fakturasız nömrələrdə:
• Tarifin abunə haqqı ödənmədikdə və ya balansa yüklənən məbləğin son istifadə tarixi bitdikdə nömrə çıxan zənglər üçün birtərəfli bağlanır.
• Birtərəfli bağlanandan sonra 30 gün ərzində tarifin abunə haqqı ödənmədikdə və ya balans artırılmadığı təqdirdə nömrə ikitərəfli bağlanır.
• Nömrə ikitərəfli bağlanandan sonra 150 gün müddətində tarifin abunə haqqını ödəyərək və ya nömrənin balansını artıraraq nömrəni aktivləşdirmək mümkündür. 150 gün ərzində heç bir ödəniş həyata keçirilməsə, bu müddət bitəndə nömrə ləğv edilir və balansda olan məbləğ silinir. Daha sonra abunəçinin müraciəti əsasında məbləğin bərpa olunması mümkündür. Ləğv olunmuş nömrənin müvafiq xərcləri (bank komissiyaları, nağdlaşdırma xərci və s.) çıxıldıqdan sonra vəsait abunəçinin nömrəsində bərpa olunur.
Fakturalı nömrələrdə:
• İstifadə limiti nömrəyə yüklənmiş vəsaitin və nömrəyə təyin edilmiş limitin cəmidir. İstifadə limiti bitdikdə, nömrə çıxan zənglər üçün birtərəfli bağlanır.
• Cari ayın sonu nömrəyə ödəniş edilmədikdə faktura borcu yaranır. Faktura borcu növbəti 30 gün ərzində ödənmədikdə, nömrə çıxan zənglər üçün birtərəfli bağlanır.
• Birtərəfli bağlanandan sonra 60 gün ərzində balans artırılmadığı təqdirdə nömrə ikitərəfli bağlanır.
• Nömrə ikitərəfli bağlanandan sonra 90 gün müddətində nömrənin balansını artırmaqla nömrəni aktivləşdirmək mümkündür. 90 gün ərzində heç bir ödəniş həyata keçirilməsə, bu müddət bitəndə nömrə ləğv edilir. Ləğv edilmiş nömrədə yaranmış borc saxlanılır və bu borc abunəçi tərfindən ödənilməlidir.