download bakcell application logo

Backcell
Backcell
Bakcell abunəçilərinin nəzərinə
08.06.2023

Bakcell şirkəti öz abunəçilərinin nəzərinə çatdırır ki, 20 iyun 2023-cü il tarixindən etibarən bir neçə təklifin istifadə şərtləri dəyişdirilir:


  • Paketsiz istifadə olunan internet trafikin qiyməti hər MB üçün müvafiq olaraq 0.05 AZN (Klass və DaimOnline tarifləri) və 0.20 AZN (bütün digər tariflər) təşkil edəcək;
  • Bakcell şəbəkəsinə qoşulan yeni abunəçilərin nömrələri “Klass 5” tarifi ilə aktivləşdiriləcək;
  • Köhnə “DoğmaCIN” tarifində bölgələrdə şəbəkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 0.04 AZN təşkil edəcək;
  • Gündəlik internet paketləri yeni həcmlərdə təqdim olunacaq: abunəçilərə 100 MB əvəzinə 150 MB (0.59 AZN), 250 MB əvəzinə 350 MB (0.99 AZN), 500 MB əvəzinə isə 600 MB (1.29 AZN) təklif olunacaq;
  • Paketsiz göndərilən bir SMS mesajının qiyməti 0.07 AZN təşkil edəcək.

 

Həmçinin, 22 iyun 2023-cü il tarixindən etibarən aşağıda qeyd olunan təkliflərin istifadə şərtləri dəyişdirilir:

  •  Balansa yüklənən məbləğlərin müvafiq etibarlılıq müddəti aşağıdakı kimi olacaq:

 

Yüklənən məbləğ (AZN)

Etibarlılıq müddəti (gün)

 1.99

5

 2.99

15

3 – 4.99

25

 9.99

45

10 – 19.99

65

20 – 49.99

90

50+

150

 

  • SevimliCIN tarifində “Sevimli nömrəyə” zənglərin 1 dəqiqəsinin qiyməti 0.04 AZN təşkil edəcək;
  • Beynəlxalq SMS mesajlarının qiyməti 0.15 AZN təşkil edəcək;
  • CINeration tarifində eyni tarifin abunəçilərinə zənglərin 1 dəqiqəsinin qiyməti 0.04 AZN təşkil edəcək;
  • İLK tarifində şəbəkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 0.05 AZN təşkil edəcək.

 

Bundan əlavə, Bakcell şirkəti özünün “Business” abunəçilərinin nəzərinə çatdırır ki, 01 iyul 2023-cü il tarixindən etibarən bir neçə təklifin istifadə şərtləri dəyişdirilir:


  • Business Sapphire+, Business Freedom, Strategic+, Strategic Organizations, SOCAR 1 və Government tariflərinin abunəçilərinə 4 AZN aylıq abunə haqqının müqabilində ölkədaxili zənglər üçün 80 dəqiqə və 150 MB internet bonusu veriləcək;
  • Strategic+, SOCAR 1 və BP Family tariflərində paketsiz şəbəkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 0.05 AZN təşkil edəcək;
  • Bakcell Freedom +, Business Freedom, Business Sapphire+, Business 5, Business 10, Business 20, Freedom, Government və Professional tariflərində paketsiz zənglərin 1 dəqiqəsinin qiyməti 0.05 AZN təşkil edəcək;
  • Bütün “Business” tariflərində paketsiz SMS qiyməti hər mesaja görə 0.05 AZN təşkil edəcək.