Yeni Bakcell
tətbiqi və internet səhifəsi abunəçilərə rəqəmsal texnologiyaların üstünlüklərindən
istifadə etməklə ən üstün müştəri təcrübəsindən yararlanmaq imkanı verir.
İndi Bakcell
abunəçiləri müxtəlif xidmətlərdən daha sürətli, asan və heç yerə getmədən
istifadə edə biləcəklər.
Yeni Bakcell
tətbiqi üztanıma texnologiyası, onlayn çat, ödəniş və loyallıq proqramının tətbiq
olunduğu çoxfunksiyalı platformadır. Tətbiqdəki üztanıma texnologiyası sayəsində
eSIM nömrə almaq və ya mövcud Bakcell nömrəsinin eSIM dublikatını çıxarmaq üçün
onlayn müraciət etmək kifayətdir.
“Bakcell”in
təqdim etdiyi yeni internet səhifəsi də abunəçilərin rahatlığını təmin etmək
üçün bir çox rəqəmsal funksiyalara malikdir. Abunəçilər artıq Bakcell saytı
vasitəsilə nömrə ala, özlərinə uyğun tarif və digər xidmətləri seçə bilərlər.
Yeni rəqəmsal
təcrübə ilə www.bakcell.com internet səhifəsində tanış olmaq mümkündür. Tam
yeni Bakcell tətbiqini https://onelink.to/bakcell
linkindən həm Android, həm iOS platformalarında işləyən mobil cihazlara yükləmək
olar.
Qeyd edək
ki, Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir