Asan İmza

Sizin də Asan İmzanız olsun, işiniz asanlaşsın!

Elektron imzanızı 300-ə qədər fərqli iş üçün istifadə edin.

Bakcell bütün abunəçilərinə müasir elektron xidmət təqdim edir. Artıq bizim abunəçilərimiz e-xidmətlərə daxil olanda, rəqəmsal imzalar edəndə, şəxsiyyətini təsdiqləyəndə mobil telefonu vasitəsi ilə Asan İmza (Mobil İmza) xidmətindən istifadə edə bilərlər.

Asan İmza (Mobil İmza) xidməti istifadə etdiyiniz SİM karta (nömrəyə) və yaxud yeni SİM karta tətbiq edilə bilər. Bu xidməti aktivləşdirmək üçün:

  • şəxsiyyət vəsiqənizlə birlikdə Bakcell Müştəri Xidmətləri Mərkəzinə gəlin və Asan İmzalı (Mobil imzalı) SİM kartınızı alın;
  • sonra SİM kartda elektron imza sertifikatlarınızı aktivləşdirmək üçün Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət edin.

Asan İmza (Mobil imza) elektron imzalarından: fiziki şəxslər (vətəndaşlar) və hüquqi şəxslər (şirkətlər, təşkilatlar və s.) istifadə edə bilərlər.

 3 illik qoşulma haqqı1 aylıq abunəSIM dublikatı üçün ödənişTələb olunan sənədlər
Fiziki şəxslər (vətəndaşlar) üçün 18 AZN  1 AZN 3.54 AZN şəxsiyyət vəsiqəsi
Dövlət strukturları üçün 18 AZN  1 AZN 3.54 AZN şəxsiyyət vəsiqəsi + dövlət idarəsindən məktub
Hüquqi və sahibkarlıqla məşğul olan fiziki şəxslər 18 AZN  1 AZN 3.54 AZN şəxsiyyət vəsiqəsi
Hər göndərilən SMS-in qiyməti 0.03 AZN təşkil edir

Qeyd

  • İstifadə etdiyiniz nömrəyə rəqəmsal imzanı tətbiq etmək istəyirsinizsə, lütfən Bakcell Müştəri Xidmətləri Mərkəzinə müraciət edin və SİM kartı yeniləyin.
  • Korporativ müştərilərimiz (Gold) SİM kartın dublikatı pulsuz təqdim edilir. Nömrə şirkətin adına olduqda, müvafiq məktub təqdim edilməlidir.

Asan İmza ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün:

Asan İmza mobil elektron imza vasitəsilə istifadəsi mümkün olan e-xidmətlərin SİYAHISI