download bakcell application logo
Yeni Bakcell tətbiqi.

İndi yükləyin!

Backcell
Backcell
yeni bakcell tətbiqini yükləyin!

5G nədir?

5G ultrasürətli və sabit internet təqdim edən yeni nəsil mobil şəbəkə texnologiyasıdır.


5G müxtəlif sahələrdə əsl inqilab yaradacaq və həyatımızın bütün sahələrində inanılmaz yeniliklərə təkan verəcək.


5G virtual aləmdə oyunları daha əlçatan edir, filmləri ən yüksək keyfiyyətdə izləmək, irihəcmli məlumatları anında ötürmək imkanı verir.


5G vasitəsilə dron texnologiyalarının tətbiqi nəticəsində kənd təsərrüfatında səmərəlilik misli görülməmiş formada artacaq. Ən son cihazların genişmiqyaslı istifadəsi ilə səhiyyədə xəstəliklərin daha erkən diaqnozu və kütləvi monitorinqi mümkün olacaq. 5G "ağıllı" kənd və şəhərlərin, pilotsuz nəqliyyat vasitələrinin istifadəsini yeni zirvələrə qaldıracaq.

Heyrətamiz 5G üstünlükləri!
/media/uploads/icons/1_icon.svg
İnanılmaz yüksək sürət

1 GB/s-dən yuxarı.
Və bu hələ son deyil.

/media/uploads/icons/2_icon.svg
Ən yüksək siqnal ötürmə

5G şəbəkəsinə qoşulmuş cihazlarda gecikməsiz bağlantı.

/media/uploads/icons/3_icon.svg
Minlərlə cihazın eyni anda şəbəkəyə çıxışı
Kütləvi tədbirlərdə çoxsaylı cihazların eyni anda kəsintisiz internetdən istifadəsi.
ranking

5G əhatə dairəsi

  • Fəvvarələr meydanı (H.Z.Tağızadə küç.19)
  • Xaqani bağı (Molokan bağı)
  • "Dəniz Mall"
5g
wifi

5G-ni test edin

Hal-hazırda ölkədə 5G şəbəkəsinə açıq cihazlar bəzi Xiaomi, Huawei, OnePlus, Poco, Vivo smartfonlarıdır. Əgər cihazınız 5G şəbəkəsini dəstəkləmirsə, məyus olmayın. Bakcell sizə 5G sürətini test etmək üçün geniş fürsət təqdim edir. Fəvvarələr meydanında Bakcell 5G guşəsinə yaxınlaşın və supersürəti kəşf edin!

icon5G uçuşa hazırdır!
5G-dən istifadə etmək üçün:
/media/uploads/icons/1.svg
Smartfonunuz ölkədəki 5G şəbəkəsinə açıq olmalıdır.
/media/uploads/icons/2_uhncXQV.svg
5G əhatə dairəsində olmalısınız.
/media/uploads/icons/3.svg
*501*1# yığın və test üçün 5GB hədiyyə əldə edin.
İnnovativ həllər
Sual-cavab
5G şəbəkəsinə qoşulmaq üçün SIM kart yenilənməlidir?
Əgər sizin SIM kartınız 4G LTE şəbəkəsi üçün yararlıdırsa, yeni SIM kart əldə etməyə ehtiyac yoxdur. Həmin SIM kartla 5G şəbəkəsindən rahat faydalanacaqsınız.
5G şəbəkəsində sürət nə qədərdir?
5G sürəti 1GB/s-dən başlayır. Siz də “Fəvvarələr meydanında” Bakcell 5G guşəsinə yaxınlaşaraq, yerindəcə 5G şəbəkəsinin sürətini sınaqdan keçirə bilərsiniz.
5G bahadır yoxsa 4G?
Bakcell hal-hazırda 5G sınaqları keçirir və şəbəkədən istifadə üçün hədiyyə internet paket təqdim edir. Abunəçilər bu fürsətdən bir dəfə istifadə edə bilər. 5G şəbəkəsindən istifadə əlavə heç bir qiymət fərqi yaratmır.
Hansı cihazlar 5G şəbəkəsində qoşula bilər?
Hal-hazırda Xiaomi, Huawei, OnePlus, Poco, Vivo smartfonları ölkədə 5G şəbəkəsinə qoşula bilər. Müvafiq Apple və Samsung smartfonları yalnız istehsalçı şirkətin icazəsi ilə Azərbaycanda 5G şəbəkəyə qoşula bilər. Müvafiq icazələr əldə edildikdən sonra, proqram təminatları yenilənəcək və cihazlar 5G şəbəkəsinə qoşulacaq. Bakcell müvafiq icazələrin əldə edilməsi üçün ciddi səy göstərir.
5G şəbəkəsindən necə faydalanmaq olar?
  • Smartfonunuz ölkədə 5G şəbəkəsinə açıq olmalıdır.
  • SIM kartınız 4G LTE şəbəkəsini dəstəkləməlidir.
  • İnternet paketiniz olmalıdır yaxud internet paketi olan tariflərdən birinə abunə olmalısınız.
Bakcell 5G şəbəkəsi harada mövcuddur?

Bakcell geniş 5G sınaq əhatə dairəsi qurub. Ünvanlar aşağıda qeyd edilib:

  • Fəvvarələr Meydanı
  • Xaqani bağı (Molokan bağı)
  • Xaqani Ticarət Mərkəzi
  • “Dəniz Mall”


Qeyd: Mövcud hava şəraiti, şəbəkə yüklənməsi, 5G şəbəkəsinin təkmilləşdirilməsi işləri sürətin azalmasına səbəb ola bilər.